Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı


Digərləri 20 Noy 2018 11:18:00 286 0

Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı

Ötən gecə saat 02:30 radələrində paytaxtda avtomobil qəzası baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. 

Belə ki, şəxsiyyəti məlum olmayan sürücü "Porsche" markalı, 99 HR 999 dövlət nömrə nişanlı  avtomobili öncə maneəyə çırpıb, daha sonra qəzalı vəziyyətdə idarə edib. 

Sürücü avtomobili tam yararsız vəziyyətə gətirdikdən sonra Araz Novruzov 27 küçəsində buraxaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar