79 yaşlı qadını zorladı, amma canından oldu


Digərləri 20 Noy 2018 10:32:00 270 0

79 yaşlı qadını zorladı, amma canından oldu

Kəlbəcər rayonu, İstibulaq kəndində anadan olmuş 1939-cu il təvəllüdlü Sevil Babayevanın (ad və soyad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Sevil Babayeva Kəlbəcər rayonunda məcburi köçkün olub və Göygöl rayonun Murovdağ qəsəbəsində məskunlaşıb.

Qadının evinə basqın

İttihama görə, 9 mart 2017-ci il tarixdə, saat 23.30-da Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Daşqın Səlimov Sevil Babayevanın yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən evə gəlib.

Daşqın Səlimov evin qonaq otağında yaşlı qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Sevil Babayeva Daşqın Səlimovun istəyi ilə razılaşmayıb.

Zorlama və qətl

Bu zaman Daşqın Səlimov Sevil Babayevanı döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib, daha sonra isə onunla zorla cinsi əlaqədə olmaq istəyib.

Təcavüzə məruz qalan Sevil Babayeva stolun üstündə olan bıçağı götürüb və Daşqın Səlimova çoxsaylı xəsarətlər yetirib. Daşqın Səlimov aldığı xəsarətdən ölüb.

Qətl törətdi, 1 il şərti cəza aldı

İstintaq orqanı tərəfindən Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Göygöl rayon Məhkəməsinin hökmü ilə Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.