Ana bətnindəki körpə ərəbləri hirsləndirdi


Digərləri 20 Noy 2018 10:16:00 236 0

Ana bətnindəki körpə ərəbləri hirsləndirdi

Qətərin paytaxtı Dohada "Sidra Medicine Hospital"ın ərazisində dünyaca məşhur britaniyalı rəssam, memar və instalyator Demien Hörstün "Ecazkar səyahət" ("The Miraculous Journey") adlı heykəllər kompoziyasının təkrar açılışı olub.

Son.az The Guardian-a istinadən bildirir ki, kompozisiya embrion və ana bətnini əks etdirən 14 bürünc heykəldən ibarətdir.

Kompozisiya ana bətnində uşağın inkişafını embriondan başlayaraq doğuşa qədər əks etdirir.

"Ecazkar səyahət" 2013-cü ildə açılsa da, sosial şəbəkələrdə çoxsaylı etirazlardan sonra heykəllər qapadılmışdı. Doha rəsmiləri bunu "tikinti işlərinin aparılması" ilə əlaqələndirmişdilər.

Qətərin Səhiyyə Nazirliyi heykəllər kompozisiyasının təkrar açılışından yenə etiraz etmək niyyətindədir. Qətər özünü mütərəqqi ərəb ölkəsi kimi göstərməyə çalışsa da, yerli əhalinin tam əksəriyyəti çağdaş sənətə çox mühafizəkar yanaşır.

Kompozisiyanın sifarişçisi, Qətər əmiri şeyx Həmad bin Xəlifə əl Taninin qızı Əl Məyassa bint Həmad hesab edir ki, ana bətni və embrion formasında olan heykəlləri heç bir halda tənqidçilər təki, çılpaq qadın bədəninin görüntüləri ilə müqayisə etmək olmaz.


Xəbərə aid fotolar