UEFA Millətlər Liqasında qrup mərhələsi yekunlaşır


İdman 20 Noy 2018 09:56:00 291 0

UEFA Millətlər Liqasında qrup mərhələsi yekunlaşır

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Goal.az-ın məlumatına görə, VI turun sonuncu oyun günündə 4 liqada 7 görüş təşkil olunacaq.

A Liqası, III qrupda keçiriləcək Portuqaliya – Polşa matçının nəticəsi heç bir əhəmiyyət kəsb etmir. Portuqaliyalılar növbəti mərhələni öncədən təmin edibsə, qonaqlar aşağı liqaya düşüb.

B Liqasında da bir oyun keçiriləcək. II qrupda Rusiya İsveç səfərinə yollanacaq. Növbəti mərhələ üçün ruslara 1 xal, isveçlilərə isə qələbə lazımdı.

Günün ən çox oyunu C Liqasında olacaq. I qrupda Şotlandiya səfərinə yollanacaq İsrailə növbəti mərhələ üçün heç-heçə də kifayət edir. Şotlandiya üçün isə evdə məğlubiyyət hər şeyin sonu olacaq.

Millimiz isə D Liqasının III qrupunda Kosovo səfərinə yollanacaq. Yığmamız səfərdə qələbə qazansa, qrupu lider kimi başa vuracaq və pley-offa yüksələcək.

 

UEFA Millətlər Liqası, VI tur 

20 noyabr

 

A Liqası

3-cü qrup

23:45. Portuqaliya – Polşa

1.

Portuqaliya

3

2

1

0

4:2

7

2.

İtaliya

4

1

2

1

2:2

5

3.

Polşa

3

0

1

2

3:5

1

 

B Liqası

2-ci qrup

23:45. İsveç – Rusiya

1.

Rusiya

3

2

1

0

4:1

7

2.

İsveç

3

1

1

1

3:3

4

3.

Türkiyə

4

1

0

3

4:7

3

 

C Liqası

1-ci qrup

23:45. Şotlandiya – İsrail

1.

İsrail

3

2

0

1

4:2

6

2.

Şotlandiya

3

2

0

1

7:2

6

3.

Albaniya

4

1

0

3

1:8

3

 

4-cü qrup

23:45. Monteneqro – Rumıniya

23:45. Serbiya – Litva

1.

Serbiya

5

3

2

0

7:3

11

2.

Rumıniya

5

2

3

0

7:3

9

3.

Monteneqro

5

2

1

2

7:5

7

4.

Litva

5

0

0

5

2:12

0

 

 

D Liqası

3-cü qrup

23:45. Kosovo – Azərbaycan

23:45. Malta – Farer adaları

1.

Kosovo

5

3

2

0

11:2

11

2.

Azərbaycan

5

2

3

0

7:2

9

3.

Farer Adaları

5

1

1

3

4:9

4

4.

Malta

5

0

2

3

4:13

2