Pakistanlı tibb işçiləri Azərbaycanda təcrübə keçəcək


Digərləri 20 Noy 2018 09:56:54 211 0

Pakistanlı tibb işçiləri Azərbaycanda təcrübə keçəcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani ilə görüşüb.

Bakı. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani ilə görüşüb. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın səhiyyə sahəsində apardığı islahatlardan, əldə olunan nailiyyətlərdən, ölkəmizin səhiyyə turizminə dair potensialından, Azərbaycanda tibb sahəsində təhsil alan pakistanlı tələbələrə yaradılan səmərəli mühitdən, Heydər Əliyev Fondunun Pakistanda səhiyyə sahəsində həyata keçirdiyi xeyriyyə layihələrindən söhbət açılıb və əməkdaşlıq imkanları müzakirə edilib, hər iki ölkənin bir birinə daim göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.