Güləşçilərimiz Dağıstanda sərbəst güləş üzrə turnirdə iki medal qazanıblar


Digərləri 20 Noy 2018 09:26:00 286 0

Güləşçilərimiz Dağıstanda sərbəst güləş üzrə turnirdə iki medal qazanıblar

Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Continental Cup” turniri keçirilib.

Bakı. Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Continental Cup” turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanı məşqçilər Rövşən Hacıyevin və Əşrəf Əliyevin rəhbərliyi ilə 15 güləşçi təmsil edib. Təmsilçilərimizdən ikisi fəxri kürsüdə yer almağı bacarıb. Yetmiş kiloqram çəki dərəcəsində yarımfinal görüşündə yığmamızın iki üzvü qarşılaşıb. Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq həlledici görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. G.Hacıyev isə bürünc medala yiyələnib.