Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək


Digərləri 20 Noy 2018 09:29:00 217 0

Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Bakı. Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin