İdman şərhçisi canlı efirdə infarkt keçirdi


Dünya 20 Noy 2018 09:19:00 265 0

İdman şərhçisi canlı efirdə infarkt keçirdi

Türkiyənin Eskişehir şəhərində yerli televiziyalardan birində idman şərhçisi canlı efirdə infarkt keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, idman aparıcısı Şükrü Oytan komandalar haqqında fikir bildirərkən qəfildən qarşısındakı masanın üzərinə yıxılıb. Daha sonra isə müvazinətini itərərək yerə düşüb. Təcili tibbi yardım çağrıldıqdan sonra o, xəstəxanaya aparılıb.

Aparıcının səhhətinin yaxşı olduğu bildirilib.

(adsgarden = window.adsgarden || []).push({});