Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib


Digərləri 20 Noy 2018 09:08:00 298 0

Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib

Şəki rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

Son.az Report-a istinadən xəbər verir ki, noyabrın 19-dan 20-ə keçən gecə rayonun Öyrət kənd sakini, 1961-ci il təvəllüdlü Gülxanım Ziyəddin qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı G.İsmayılovanın noyabrın 19-u axşam saatlarında iştirak etdiyi toy məclisində qidadan zəhərləndiyi məlum olub. G.İsmayılovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.