AnTuTu ən güclü 10 smartfonu elan etdi


Digərləri 20 Noy 2018 08:31:00 267 0

AnTuTu ən güclü 10 smartfonu elan etdi

Oktyabr ayında bir çox smartfonun təqdimatına şahidlik etdik. Ayın bitməsindən bir neçə gün keçməmiş məşhur test platforması AnTuTu artıq oktyabr ayı üçün olan siyahını yayımlayıb. Adəti üzrə siyahıdakı smartfonlar bu platformada topladıqları xallara görə düzülüb.

- 2018-ci ilin oktyabr ayının ən güclü smartfonları bunlardır:

Ötən ayın ən əsas markası Kirin 980 prosessoru ilə bazara çıxan Huawei oldu. Mate 20, Mate 20 Pro və Mate 20 X modellərini təqdim edən marka sözügedən siyahının yuxarı sıralarını işğal edib. Belə ki, AnTuTu-nun oktyabr ayı üçün yayımladığı siyahıya baxdıqda 1-ci sırada Mate 20, 2-ci sırada Mate 20 Pro və 3-cü sırada Mate 20 X modellərini görürük.

Siyahının ilk 10 sırasında olan modellərin demək olar ki, hamısı Çin markalarının smartfonlarıdır. Burdakı tək istisna Asus Rog Phone modelidir. Taylandlı istehsalçının bu "gamer" smartfonu siyahının 8-ci sırasına adını yazdıra bilib. Ümumilikdə isə bu siyahı artıq smartfon bazarını tamamilə "Çinlilər"-in ələ keçirməsini göstərir.