PlayStation 4 istifadəçilərinə PUBG müjdəsi


Digərləri 20 Noy 2018 08:21:00 247 0

PlayStation 4 istifadəçilərinə PUBG müjdəsi

Fortnite-ın rəqibsiz davam etdiyi PlayStation platforması artıq "Battle Royale" tipli oyun sevənləri 2 hissəyə ayıra bilər. Çünki meydana çıxan bəzi iddialara görə PUBG PS4-ə gəlir. Hələ ki, dəqiq bir tarix məlum olmasa da oyunun dekabr ayı ərzində PlayStation-a gələcəyi deyilir.

Yayılan son məlumatlara gör Koreya Oyun Qiymətləndirmə və İdarə Komitəsinin PUBG-nin PS4 versiyasını qiymətləndirib rəy verməsi təsdiq olunub. Bu məlumata əsasən artıq oyunun PS4 platforması üçün özünü hazırladığını deyə bilərik.