Alimlər istənilən barmaq izi skanını aldada bilən sistem yaradıblar


Digərləri 20 Noy 2018 08:25:00 318 0

Alimlər istənilən barmaq izi skanını aldada bilən sistem yaradıblar

Barmaq izinin skan sistemləri müasir smartfonlarda və digər cihazlarda geniş istifadə edilir. Güman olunur ki, bu cür sistemlər cihazın yüksək təhlükəsizliyini təmin edə bilərlər. Lakin Nyu-York Universitetinin mütəxəssisləri bu fikri təkzib ediblər. Belə ki, onların yaratdıqları yeni neyron şəbəkəsi sözügedən biometrik üsulu aldatmağı bacarır. Əksər hallarda bu cür skan sistemləri əslində barmağın bütün səthini təyin etmir. Belə olduğu halda sistem yalnız skan hissənin üzərinə düşən barmağın müəyyən hissələrini təyin edir. Alimlər güman ediblər ki, əldə olunmuş dəri rəsmləri arasında qismən olan təsadüflərin sayı həddindən çox ola bilər.

Son.az technote.az-a istinadən bildirir ki, sol tərəfdə əsl barmaq izləri, sağ tərəfdə isə sistem tərəfindən yaradılmış barmaq izləri: