Salyanda körpü təmiri zamanı fəhləni maşın vuraraq öldürüb


Digərləri 20 Noy 2018 08:28:00 259 0

Salyanda körpü təmiri zamanı fəhləni maşın vuraraq öldürüb

Salyan rayonunda həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, avtomobilin vurduğu şəxs 1968-ci il təvəllüdlü Şirvan şəhər sakini Rövşən Abdullayevdir.

Bu gün axşam saatlarında Kür çayı üzərində körpünün təmiri ilə məşğul olan fəhləni avtomobilin vurması nəticəsində piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.