Chrome fırıldaqçı saytlardakı bütün reklamları əngəlləyəcək


Digərləri 20 Noy 2018 08:11:00 237 0

Chrome fırıldaqçı saytlardakı bütün reklamları əngəlləyəcək

Google-ın dünyaca məşhur brauzeri olan Chrome yeni özəlliklərlə təkmilləşdiriləcək. Brauzerin "71" kodlu versiyasında yer alacaq bir özəllik istifadəçiləri bezdirən saytlardakı reklamların hamısını əngəlləməyə imkan verən bir sıra imkanlar təqdim edəcək.

Dekabr ayında istifadəyə verilməsi gözlənilən yeni versiya ilə birlikdə istifadəçiləri narahat edən bütün reklamlar əngəllənəcək. Belə ki, bu proses əsasən "popup" tipli səhifələri əngəlləmə, videoların avtomatik başladılmasına limitlərin qoyulması və istiqamətlindirmələrin bağlanılması hesabına mümkün olacaq. Bir sonrakı mərhələdə isə həmin səhifədəki bütün reklamlar əngəllənəcək.