Smartfonunuzun enerjisini sümürən "vampir" tətbiqlər


Digərləri 20 Noy 2018 07:51:00 226 0

Smartfonunuzun enerjisini sümürən "vampir" tətbiqlər

Şübhəsiz ki, smartfon istifadəçilərinin ən böyük problemlərindən biri cihazın enerjisinin tez bitməsidir. Müşahidələr göstərir ki, hətta əksər smartfonların enerjisi gün ərzində bir neçə dəfə tam tükənir. Bəs, enerjinin bu qədər tez tükənməsinə səbəb olan şey nədir?

Bu günlərdə yayımlanan bir hesabatda "batareya düşməni"  olan tətbiqlərin hansılar olduğu məlum olub. Siyahıda yer alan tətbiqlər böyük ehtimalla bir çoxumuzun smartfonunda var və onları aktiv olaraq istifadə edirik. Siyahıda adı olan tətbiqlərə keçmədən əvvəl smartfonunuzda batareya göstəricilərinə daxil olub cihazınızın enerjisini ən çox hansı tətbiqlərin istifadə etdiyini görə bilərsiniz.

Clean Master

Google Play-də 500 milyondan çox yüklənən Clean Master tətbiqi sadə RAM və virus təmizləyən tətbiq kimi görünsə də əslində başlıqdakı "vampir" ifadəsinə tam layiqdir. Arxa fonda daimi olaraq işləyən Clean Master sadəcə batareyaya deyil, həm də smartfonunuzun performansına da mənfi təsir edən tətbiqlər arasındadır.

Snapchat

Son illərdə işləri qaydasında getməyən Snapchat ən çox enerji istifadə edən sosyal medya tətbiqi kimi qəbul olunub. Snapchat tətbiqi məşhur anti-virus tətbiqi olan Avast-ın yayımladığı "ən çox enerji istifadə edən 10 tətbiq" siyahısında 4-cü sıradadır.