Hospitalda faciə: nişanlısını və polis zabitini güllələdi VİDEO FOTO


Dünya 20 Noy 2018 06:37:00 301 0

Hospitalda faciə: nişanlısını və polis zabitini güllələdi  VİDEO  FOTO

ABŞ-ın Çikaqo şəhərindəki "Mercy Hospital"da atışma nəticəsində 4 nəfər həlak olub.

Son.az CBS-ə istinadən bildirir ki, dünən günün ikinci yarısında Çikaqonun cənubundakı hospitalın avtomobil dayanacağında atəş açmağa başalyan kişi sonradan hospitalın binasına daxil olub, orada gülləbaranı davam etdirib.

Şahid Hektor Avitiyanın dediyinə görə, əynində qara rəngli paltar olan kişi avtomobil dayanacağında qadını güllələyib. Daha sonra o, hadisə yerinə gələn polis zabitiinə atəş açıb.

Polisdən verilən məlumata görə, 28 yaşlı polis zabiti Semuel Himenes hospitalın dayanacağında güllələnərək qətlə yetirilib.

Hospitalın avtomobil dayanacağına gələn 32 yaşlı kişi burada sabiq nişanlısı, həkim Tamara O-Nili güllələyib. Qadın üç güllə yarası alandan sonra yerə yıxılıb.