İnək yol qəzasına səbəb olub, xəsarət alan var


Digərləri 19 Noy 2018 23:57:00 335 0

İnək yol qəzasına səbəb olub, xəsarət alan var

Bu gün axşam saatlarında Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Dayıkənd kəndi ərazisində "Jiquli" markalı avtomobil hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək aşıb.

Avtomobilin sürücüsü xəsarətsiz ötüşsə də, salonda olan sərnişin, Neftçala rayonunun 1957-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Qasımova Gülnisə Səfəralı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.