Hansı qidanı yeməli, hansından uzaq durmalı? Vazkeçilməz tövsiyələr


Digərləri 19 Noy 2018 23:27:00 290 0

Hansı qidanı yeməli, hansından uzaq durmalı?  Vazkeçilməz tövsiyələr

Dünyada bəlkə də indiki qədər bolluq heç vaxt olmayıb. Həyat üçün vacib elementlərin başında isə qida durur.

Son.az bildirir ki, bu sözləri teleqraf.com-a uzman-pediatr Ülvi Əliyev deyib.

Onun sözlərinə görə, bütün dükan və bazarları rəngarəng, çeşidli meyvə-tərəvəz, süd məhsulları, səbzələr bəzəsə də əslində yeyiləcək olanlar çox azdır: "Bu prizmadan yanaşsaq belə sıralamaq olar. Qarışıq əlavə edilmiş, paketlənmiş qidaları yeməyin. Un və şəkəri az olan meyvə, ot, ət, yumurta kimi təbii qidalara üstünlük verin.

Günəbaxan, qarğıdalı, soya, pambıq, marqarin tipli yağlardan uzaq durun. Əvəzinə heyvan yağları (kərə, iç, quyruq) və təmiz zeytun yağından istifadə edin.

Qatıq, kefir, turşu, sirkə, narşərab kimi probiyotiklərdən zəngin qidaları menyunuza daxil edə bilərsiz.

Pasterizə edilmiş və UHT işləminə məruz qalmış südlərdən mümkün qədər uzaq durun. Qutu südü işlətməyin. Süd əvəzinə ənənəvi metodlarla mayalanmış süd məhsulları yeyin. Misal üçün, qatıq, pendir, ayran, dovğa və s.