Koreyada vergi islahatı yanacağın qiymətinin enməsinə səbəb olub


Dünya 19 Noy 2018 23:12:00 320 0

Koreyada vergi islahatı yanacağın qiymətinin enməsinə səbəb olub

Koreya Respublikasında dizel yanacağının pərakəndə satış qiyməti orta hesabla 7,9 faiz enib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb hökumətin sadə vətəndaşların və kiçik sahibkarların maddi vəziyyətinin yaxşılaşdırılması üçün yanacağa tətbiq edilən vergilərin müvəqqəti azaldılması ilə bağlı qərarı səbəb olub. Hazırda yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litri 1556 vona (1,38 ABŞ dolları) satılır ki, bu da əvvəlki qiymətdən 7,9 faiz aşağıdır.