Qulaqcıqdan necə istifadə etməli?


Digərləri 19 Noy 2018 23:18:00 273 0

Qulaqcıqdan necə istifadə etməli?

Şəfa Həsənova: "Musiqi dinləyərkən səsi yüksək etməmək və gün ərzində maksimum 1 saat qulaq asmaq məsləhətdir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər buna daha çox meyl göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər, ən real çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə, qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə dinlənilən musiqini kənardan da eşitmək mümkün olur. Bu, bəzən ətrafdakı insanları da narahat edir. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək, birmənalı şəkildə, düzgün deyil. 


Xəbərə aid foto