Alimlərdən xəbərdarlıq Həddən artıq su içmək...


Digərləri 19 Noy 2018 22:59:00 285 0

Alimlərdən xəbərdarlıq  Həddən artıq su içmək...

Qərb alimləri suyun insan orqanizminə olan ziyanını araşdırıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, həkimlər həddən artıq su qəbul etməyin sağlamlıq üçün ziyanlı ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Böyrək bir saat ərzində 800-1000 millilitr su emal edə bilər. Əgər bu miqdar daha çox olsa, problem üzə çıxır. Çünki bu zaman orqanizmin natrium balansı pozulur. Suyu həddən artıq çox qəbul etmək qan təzyiqini nizamlama prosesini çətinləşdirir. Bu isə beyin funksiyalarının pozulmasına və hətta pis nəticələrə də səbəb ola bilər. Bundan başqa həkimlər qeyd edirlər ki, həddən artıq hidrasiya susuzluq kimi də təhlükəli ola bilər. Böyrək problemi olan insanlarda isə bu, daha pis nəticələrə səbəb olar.