Rüşvətdə təqsirləndirilən müdir: "Heç olmasa kişi qızı kimi düzünü danışaq..."


Kriminal 19 Noy 2018 22:38:00 283 0

Rüşvətdə təqsirləndirilən müdir: "Heç olmasa kişi qızı kimi düzünü danışaq..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Afaq Abdullayeva bildirib ki, bağçaya işə düzəlmək üçün T.Bağırovaya 1500 manat pul verib: "Bağçada 1 ay 15 gün işləmişəm. Təzə təmirdən çıxan yer idi. Dişimizlə, dırnağımızla təmizləmişik".

Təqsirləndirilən şəxslərdən T.Bağırova ilə A.Əliyeva zərərçəkmişlərə dəymiş ziyanı ödəmək üçün növbəti həftəyə qədər vaxt istəyiblər.

Daha sonra şahid qismində dindirilən Vüsal İsmayılov xanımını bağçaya həkim kimi işə düzəltmək üçün 1500 manat pulu T.Bağırovaya verdiyini deyib.

Prosesdə digər şahid Lalə Şərifova da işə düzəlmək üçün 1500 manat pul verdiyini qeyd edib. O bildirib ki, 6 ay Yasamaldakı bağçada tibb bacısı kimi işləyib, cəmi bircə dəfə 50 manat maaş alıb.

Məhkəmədə təqsirləndirilən A.Əliyeva deyib ki, hər ikisi vətəndaşlardan pul alıb, amma hazırda T.Bağırova onu günahkar çıxarır: "Aldığımız pulu qaytarmalıyıq. Tərlan xanım azadlıqda olanda ona söylədim ki, "gəl Kürdəxanıya, danışaq, məsələni həll edək.