Romada avtomobillərin sayı məhdudlaşdırılacaq


Digərləri 19 Noy 2018 21:56:00 255 0

Romada avtomobillərin sayı məhdudlaşdırılacaq

İtaliyanın ətraf mühit naziri Sercio Kosta və Latsio qubernatoru Nikola Dzinqarettini arasında bağlanmış müqaviləyə əsasən 2019-cu il yanvar ayının 1-dən etibarən paytaxt Romada ətraf mühiti daha çox çirkləndirən avtomobillərə məhdudiyyətlər qoyulacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qərar paytaxt və ətraf şəhərlərdə havanın çirklənməsinin qarşısının alınması məqsədi daşıyır.