Bakıda xurma məhsulundan Aralıq dənizi meyvə milçəyi aşkar olunub FOTO


Digərləri 19 Noy 2018 21:27:00 310 0

Bakıda xurma məhsulundan Aralıq dənizi meyvə milçəyi aşkar olunub  FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.

Agentlikdən Son.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Bildirilir ki, aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusi ilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin, meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.


Xəbərə aid fotolar