5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı


Kriminal 19 Noy 2018 21:12:00 307 0

5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Tural Alıyev bildirib ki, istintaq dövründə təqsirləndirilən H.Quliyev öz müdafiəçisi ilə birgə sənədlərə qol çəkib.

Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov isə müvəkkilinin hüquqlarının pozulduğunu deyib: "Heydər Quliyevlə T.Alıyev arasında telefon danışıqları olub, müvəkkilimin hüquqları pozulub. Müstəntiq mobil telefonunun nömrəsini məhkəməyə təqdim etməlidir".

Müstəntiq T.Alıyev vəkillə razılaşmayıb və telefon nömrəsini məhkəməyə təqdim etməyib.

Təqsirləndirilən şəxs bildirib ki, müstəntiq T.Alıyev onunla bir neçə dəfə telefonla danışıb.