"Əhməd haradadır?" filminin sürücüsü Əhməd: "Qırmızı işıqdan keçəndə polis dedi ki, Nərgiz xala elə düz edib səni maşının arxasınca qaçırdıb" FOTO


Kriminal 19 Noy 2018 21:03:00 747 0

"Əhməd haradadır?" filminin sürücüsü Əhməd: "Qırmızı işıqdan keçəndə polis dedi ki, Nərgiz xala elə düz edib səni maşının arxasınca qaçırdıb"  FOTO

Əməkdar artist Elxan Qasımovun Son.az-a müsahibəsi.

- Elxan müəllim, səhhətiniz necədir?

- Babatam. Bir neçə il əvvəl əməliyyat olundum, indi şükür yaxşıyam. Çalışıram ki, özümü xəstəlikdən qoruyum. Amma nə qədər qorusam da xəstəlik gəlib məni tapır. Bu günlərdə sənət dostum Amaliya xanımın ölümü məni çox sarsıtdı. Dostlarımın dünyadan köçməsi mənə çox pis təsir edir. Bütün bu itkilərə baxmayaraq yenə də həyat mənim üçün maraqlıdır.

- Geriyə baxanda nə kimi hisslər keçirirsiniz?

- Geriyə baxanda çox sevinməsəm də xəcalət də çəkmirəm. Çünki mən sənət üçün nələrsə etmişəm. Ən böyük çatışmayan cəhətim var ki, onu da istəmirəm aradan qaldırım. Daha da çox çalışıb, öz məqsədimə çata bilərdim. Amma buna heç vaxt cəhd etməmişəm.

- Özünüz filmlərdə çox çəkilmək istəməmisiz, yoxsa mane olublar deyə həvəsdən düşmüsüz?

- Xeyr, sənətdə mənə heç kəs mane olmayıb. Mənim dostlarım da var idi, istəsəydim, çəkilərdim, dəvətlər də gəlirdi. Sadəcə, o dəvətlərdən mən heç vaxt istifadə etməmişəm.

- "Əhməd haradadır?" filmində sürücü Əhməd obrazını oynamısız. Maraqlıdır, tamaşaçılar Əhmədi bu gün yolda görərkən tanıyıb, yaxınlaşır?

- Bir dəfə 20 yanvarda qırmızı işıqdan keçərək yol hərəkəti qaydasını pozdum. Polis səs ucaldıcı ilə dedi ki, "Nərgiz xala elə düz edib səni "Kamaz"ın arxasınca qaçırdıb" (gülür). Mən xalqın içində olan insanam, insanların mənə Əhməd obrazı ilə bağlı dediyi sözlər çox xoşdur. Əhməd rolu mənim üçün bağlı qapı qoymayıb.


Xəbərə aid fotolar