Kral Salman Xaşogi cinayəti haqda ilk dəfə danışdı


Dünya 19 Noy 2018 20:44:00 295 0

Kral Salman Xaşogi cinayəti haqda ilk dəfə danışdı

Səudiyyə Ərəbistanının kralı Salman Səudiyyə Ərəbistanının gələcəyi və hüquq sistemi ilə bağlı bəyanatlar verib.

Son.az xəbər verir ki, Kral hökumətin yüksək səviyyəli məşvərət orqanı olan Şuraya verdiyi açıqlamalarda qətlə yetirilən jurnalist Camal Xaşogi haqda da danışıb.

O, bildirib ki, Xaşoginin öldürülməsi dünyada qlobal reaksiyaya səbəb olub və bu, Ər-Riyadla Qərbin münasibətlərini gərginləşdirib.