ABŞın sanksiyaları İranda işsizliyə səbəb olur


Dünya 19 Noy 2018 20:16:00 231 0

ABŞın sanksiyaları İranda işsizliyə səbəb olur

İranda fəaliyyət göstərən bir neçə şirkət fəaliyyətini dayandırıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İranın məşhur "Tamnoush" firması istehsalını dayandırmaqla bağlı qərar qəbul edib. Soyuq içki istehsalçısı olan şirkətin belə addım atmasının səbəbi ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar olub.

"Şirkətimiz 16 il idi ki, fəaliyyət göstərirdi. Lakin bu gün ABŞ-ın sanksiyaları ilə əlaqədar olaraq xeyli sayda işçinin işsiz qalıb. Bu gün şirkətimizdə çalışan qadınlar evdarlıq, kişilər isə taksi sürücülüyü ilə məşğuldurlar" - deyə şirkət rəhbəri Fərzad Rəşidi əlavə edib. F.Rəşidinin sözlərinə görə, qısa müddətdə onlar 5 milyard rial, yəni 120 min dollar itiriblər.