Bərdədə mikroavtobusla minik avtomobili toqquşub,


Digərləri 19 Noy 2018 20:20:00 259 0

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub,

Bərdə rayonunda yol qəzası baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az 


Xəbərə aid fotolar