YAP Yasamal rayon təşkilatı partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)


Digərləri 19 Noy 2018 20:10:00 235 0

YAP Yasamal rayon təşkilatı partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)

Tədbirdə müstəqilliyimizlə yaşıd olan partiyanın yaranma tarixindən, o dövrdə Azərbaycanda baş verən çətin və mürəkkəb ictimai- siyasi hadisələrdən bəhs olunub

Bakı. YAP Yasamal rayon təşkilatı partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbiri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayıb. Trend-in məlumatına görə, YAP Yasamal rayon təşkilatının qərargahında Dövlət himninin səsləndirilməsi ilə davam etdirilən tədbirdə müstəqilliyimizlə yaşıd olan partiyanın yaranma tarixindən, o dövrdə Azərbaycanda baş verən çətin və mürəkkəb ictimai- siyasi hadisələrdən bəhs olunub. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, müxalif qurum kimi fəaliyyətə başlayan partiyanın qısa müddətdə iqtidar partiyası kimi yoluna davam etməsi təşkilatın yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin və inamının ifadəsi idi: - Ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata, qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan tarixinə «91-lər» kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. Ziyalıların çağırışına cavab 21 noyabr 1992-ci ildə Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı oldu. Həmin hadisə yenicə müstəqilliyini qazanmış respublikamızın həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu. T.Əhmədov vurğuladı ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə iqtisadi böhranla üzləşən Azərbaycanın inkişaf konsepsiyası, strategiyası müəyyənləşdirildi. YAP o ağır dövrdə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələbinə uyğun zərurətdən yaranmış bir partiya olmaqla qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov Azərbaycanın qazandığı uğurlarda böyük rolu olan, ümumxalq tribunasına çevrilən YAP-ın tarixindən bəhs etdi: - Hakimiyyətə qayıdışı ilə Azərbaycanı təhlükələrdən xilas edərək xilaskar adını qazanan ulu öndər Heydər Əliyevin adi ilə bağlı olan partiyamız tək ölkəmizdə deyil, regionda və dünyada vahid siyasi qüvvə kimi tanınır. Hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaradan, müstəqil Azərbaycanın Milli Konstitusiyasını hazırlayan Ulu Öndər bildirirdi ki, Ali Qanunlarımızın hər maddəsində dinindən, dilindən, milliyyətindən asılı olmayraq bütün vətəndaşların sərbəst yaşamaq, azad düşünmək hüquqları əksini tapmalıdır. Onun ideyaları əsasında özünü doğruldan siyasətə uyğun davam etdirilən inkişaf ölkəmizə yalnız uğur gətirir. Z.Əsgərov bildirdi ki, artıq inkişafın Azərbaycan modeli dünyada özünü doğruldur və təbliğ edilir. Ölkəmiz üç peyki ilə azsaylı üzvü olan kosmik ailədə təmsil olunur. Ulu Öndərin Azərbaycan vətəndaşlarının rahat, firavan yaşaması üçün həyata keçirdiyi siyasi, iqtisadi, sosial islahatları davam etdirməklə ölkə vətəndaşlarının etimadını qazanan cənab İlham Əliyevə ümumxalq ehtiramı və inamı sonsuzdur. Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə Şərqlə Qərbi birləşdirən körpü rolunu oynamaqla, ölkəmizdə keçirilən biri-birindən əhəmiyyətli beynəlxalq tədbirləri ilə təsdiqlədi ki, Azərbaycan ən zəngin bəşəri dəyərlərə malik inkişaf etmiş dövlətdir. Bu uğurların qazanılmasında beynəlxalq əlaqələri genilənən YAP-ın hər bir üzvü ictimai-siyasi fəallıqları ilə cəmiyyətdə nümunə olmuşlar. YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, YAP-ın xalqın etimadı ilə yarandığı keçdiyi zəngin və şərəfli yol ilə bir daha sübut olunur. Ulu Öndərin adı ilə bağlı olan bu partiyanın Nizamnamə və Proqramının əsasında Azərbaycan xalqına xidmət daim öndə olub. Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən Azərbaycan Xalq Cümhuriyyətinin atributlarını- üçrəngli bayrağını, himnini, gerbini bərpa etməklə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təşəbbüsü irəli sürməklə müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər dövlətimizin qanunvericilik bazasını da o illərdə hazırladı: