Ağsu sakini təbiətə 32 min manat ziyan vurub


Digərləri 19 Noy 2018 19:52:00 259 0

Ağsu sakini təbiətə 32 min manat ziyan vurub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.