Luka Modriç: “Mükafata layiq görülməsəm, həyatımda heç nə dəyişməyəcək”


İdman 19 Noy 2018 19:00:00 313 0

Luka Modriç: “Mükafata layiq görülməsəm, həyatımda heç nə dəyişməyəcək”

Real-ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Qızıl top” uğrunda mübarizədə şanslarını dəyərləndirib.

Goal.az xəbər verir ki, millinin kapitanı daha layiqli namizədlərin olduğunu deyib. “ Namizədlər arasında olmaqdan qürur duyuram. Qalib gəlsəm özümü xoşbəxt sayaram. Mükafata layiq görülməsəm, həyatımda heç nə dəyişməyəcək. Sadəcə, düşünəcəyəm ki, yaxşı il keçirdim. “Qızıl top”a daha layiqli namizədlər var”,- Modriç bildirib.

Xatırladaq ki, Luka Modriç FİFA-nın təsis etdiyi “Dünyanın ən yaxşı futbolçusu" mükafatına layiq görülüb. Həmçinin DÇ-2018-in ən yaxşısı seçilib. Xorvatiya millisi dünya çempionatında ikinci olub.