Ovda BƏDBƏXT HADİSƏ!


Digərləri 19 Noy 2018 18:24:00 268 0

Ovda BƏDBƏXT HADİSƏ!

Rusiyanın Krasnodar diyarında ördək ovu zamanı ovçulardan biri həmkarını vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanlış açılan atəş nəticəsində həmin şəxs başından ağır yaralanıb.

Ovçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatıyla bağlı araşdırma aparılır.

Atəş açan şəxs saxlanılıb.