Dövlət Komitəsinin rəhbərliyi Nyu Yorkda görüşlər keçirib (FOTO)


Digərləri 19 Noy 2018 18:20:00 263 0

Dövlət Komitəsinin rəhbərliyi Nyu Yorkda görüşlər keçirib (FOTO)

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb.

Bakı. ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verilib. Eyni zamanda, Federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüb. Azərbaycan və onun diasporu haqqında məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov gələcək perspektivlər barədə fikirlərini bildirib. Qarşılıqlı səmimi şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və Amerikada ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.