Barcelona Dembeleyə: “Hərəkətlərinə fikir ver”


İdman 19 Noy 2018 17:52:00 307 0

Barcelona Dembeleyə: “Hərəkətlərinə fikir ver”

Kataloniya klubunun hücumçusu Usman Dembele ciddi sanksiyalarla üzləşə bilər.

Goal.az xəbər verir ki, Barcelona davranışı ilə bağlı hücumçuya xəbərdarlıq edib: ”İntizam qaydalarına əməl etməsən, ikinci komandaya gedəcəksən”.

Fransızın davranışlarından bezən klub yayda onu satmağı da düşünür. Katalonlar intizamsız hücumçunu 100 milyon avroya satmaq niyyətindədir. Bununla ötən il Dembelenin transferinə çəkilən xərcin bir qismini geri qaytarmaq mümkündür.

Fransız, klub rəhbərliyini, sözün əsil mənasında bezdirib. Mütəmadi olaraq məşqlərə yubanır, matç öncəsi toplanışlara gəlmir. Bununla belə, 21 yaşlı oyunçu Arsenal və Liverpool-un diqqətini çəkib.