“Nissan”ın rəhbəri Tokioda həbs olundu


Dünya 19 Noy 2018 17:44:00 263 0

“Nissan”ın rəhbəri Tokioda həbs olundu

Yaponiyanın "Nissan" şirkətinin direktorlar şurasının sədri Karlos Qon maliyyə maxinasiyasında şübhəli bilinib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, könüllü olaraq Tokio prokurorluğuna gedən 64 yaşlı Qon həbs edilib. 

"Nissan Motor" şirkəti də yaydığı press-relizdə Qonun şəxsi gəlirlərini gizlətməsi ilə bağlı faktı təsdiqləyib. Şirkət, eyni zamanda Qon və direktor Qreq Kellinin qovulmasını tələb edəcəyini açıqlayıb. Kellinin şəxsi gəlirlərini gizlətməkdə Qona yardım etdiyi bildirilib.