İranda gəmi qəzaya uğrayıb


Dünya 19 Noy 2018 17:36:00 244 0

İranda gəmi qəzaya uğrayıb

İranda yük gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.