Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq


Kriminal 19 Noy 2018 17:30:00 289 0

Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikası Prezidentinin "İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında" 31 may 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar geniş Tədbirlər Planı hazırlanıb və il ərzində həyata keçirilib. Tədbirlər Planına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20 noyabr 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçı İsa Muğannanın 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə İsa Muğannanın həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına və kinosuna töhfələrindən danışılacaq, ssenari müəllifi olduğu filmlərdən fraqmentlər göstəriləcək.