Fatih Dönməz: "STAR zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli layihədir"


Digərləri 19 Noy 2018 17:20:00 279 0

Fatih Dönməz: "STAR zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli layihədir"

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşa etdiyi STAR Neft Emalı Zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli bir layihədir".

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Qeyd edək ki, oktyabrın 19-da  STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə "Urals", "Azeri Light" və "Kərkük" kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib