“Qiyməti 100, 150 minədir” Rayonlarda torpaq NİYƏ BAHADIR?


Digərləri 19 Noy 2018 16:56:00 250 0

“Qiyməti 100, 150 minədir”  Rayonlarda torpaq NİYƏ BAHADIR?

Son illər rayonlarda ev tikmək istəyənlər çətinliklərlə qarşılaşırlar, çünki boş torpaq sahələri tapmaq müşgülə çevrilib. Qiymətlər isə göz bərəldir.

Son.az xəbər verir ki, ARB TV-nin əməkdaşları Qubanın Qəçreş kəndi ərazisində satılan torpaqların qiymətləri ilə maraqlanıb.

Satıcı: "10 sot ərazidir. Sotunu 7 min manata verirəm. İşığa və qaza yaxındır. Yolun kənarındadır. Dəqiq alan varsa güzəşt də edərəm".

Kənd sakinləri də qiymətlərin son 5, 6 ildə bahalaşdığını təsdiq edirlər. 

Kənd sakini: "Yerindən asılı olaraq lap 10 minə də deyənlər var. Evlər var 100 minə, 150 minə . Alan adam bəzən ev qarışıq alır, sonra istədiyi formada dəyişdirir".


Xəbərə aid fotolar