"Sirli Toy Store" cizgi filminin nümayişi keçirildi


Digərləri 19 Noy 2018 16:32:00 253 0

"Sirli Toy Store" cizgi filminin nümayişi keçirildi

"CinemaPlus"da azərbaycan dilində yeni "Sirli Toy Store" cizgi filminin nümayişi keçirilib.

Son.az xəbər verir ki, "CinemaPlus" premium kinoteatrlar şəbəkəsi "Ana dilinin təbliği" layihəsi çərçivəsində "The Toy Store Azerbaijan"nın dəstəyi ilə 2018-ci ildə "Cinemazadeh" studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş yeni "Sirli Toy Store" cizgi filminin nümayişinə başlayıb.

Dublyajın rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdülhəsənov, səs rejissoru Orxan Ağalarov, redaktor və tərcüməçi Vüqar Hüseynov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadə.  

Animasiya filmini səsləndiriblər Rövşən Məmmədli, Elşən Rüstəmov, Elman Rəfiyev, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Vüsal Mustafayev, Vüsal Hacıqədir, Vagif Aslanov, Müşviq Mirzəzadə, Vüqar Hüseynov, Mətanət Abbas, Nəcibə Hüseynova, Nəzakət Şahbazi və Zemfira Əbdülsəmədova. Uşaq rollarını dublyaj ediblər: Cavad, Səid və Cahangir.

Ailəvi cizgi filminin rejissoru Qeri Vandır.


Xəbərə aid fotolar