Milan ucuz qiymətə müdafiəçi axtarır


İdman 19 Noy 2018 16:00:00 317 1

Milan ucuz qiymətə müdafiəçi axtarır

Zədə səbəbindən son bir ayda 3 futbolçusunu itirən Milan müdafiəçi axtarır.

Goal.az xəbər verir ki, “rossonyerlər” Lazio-dan Martin Kaserosla maraqlanır. Maliyyə problemi ucbatından ucuz, lakin təcrübəli futbolçu əldə etməyə çalışan Milan klubu Kaseros variantını məqbul sayır. 31 yaşlı müdafiəçi bu ilin yanvarında Verona-dan transfer olunub. Uruqvaylı indiki komandasında möhkəmlənə bilməyib. Bu mövsüm A seriyasında cəmi 4 matçda forma geyinib. Müqaviləsi ilin sonunda başa çatır. Qışda ucuz qiymətə satışa çıxarıla bilər.

Qeyd edək ki, Kaseros ötən ilin yanvarında Milan-a keçməyə yaxın idi. Lakin müqavilənin şərtləri onu qane etməmişdi.