Verilişə çıxan qızın geyimi tənqid edildi...


Digərləri 19 Noy 2018 15:39:00 288 0

Verilişə çıxan qızın geyimi tənqid edildi...

ATV-də yayımlanan "Dəb mənəm" proqramında iştirakçılardan birinin geyimi tənqidlərə səbəb olub.  Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcılığını Vüsalə Əlizadənin etdiyi verilişə qatılan Aysu adlı qız yarıçılpaq halda kamera qarşısına keçib. Gecə klubuna gedən qız obrazını yaratdığını deyən Aysunu münsiflər də tənqid edib.  Modelyer Gülnarə Xəlilova qızın zövqsüz olduğunu vurğulayıb. O, paltarın iddialı, çanta və ayaqqabının ona uyğun olmadığı söyləyib: "Çox açıqdır. Bir az insanı yorur". Stilist Elnur Həsənov isə Aysunu "vulqar" geyinməkdə qınayıb: "Heç nəyi bəyənmədim. Bir kluba bu qədər "vulqar" şəkildə getmək olmaz. Hər bir şey yanlışdır. Saçlarınızı da dəyişdirin. Boyunuz qısadır, bu uzunluqda saçla gəzməməlisiniz. Heç vaxt burnuaçıq ayaqqabı geyinməyin".

Videonu izləmək üçün şəklə klikləyin: