6 yaşlı qızı "tok" vurdu,


Dünya 19 Noy 2018 15:07:00 299 0

6 yaşlı qızı "tok" vurdu,

Ailəsi ilə birlikdə tətilə gedən 6 yaşlı qızı cərəyan vurub.

Son.az nypost-a istinadla xəbər verir ki, ailəsi ilə birlikdə dincəlmək üçün ABŞ-dakı "National Harbor" otelinə gedən 6 yaşlı Zynae Green elektrik vurması nəticəsində iflic olub.

Əlini işıqlı fontanda tutan qızı 120 volt gücündə cərəyan vurub. Nəticədə Zynae hazırda nə danışa, nə də gəzə bilir.

Qızın ailəsi məhkəməyə müraciət edib, oteldən şikayətləniblər.