Muğam mərkəzində qısa filmlər festivalının qalibləri mükafatlandırıldı FOTO


Kriminal 19 Noy 2018 14:58:00 294 0

Muğam mərkəzində qısa filmlər festivalının qalibləri mükafatlandırıldı  FOTO

Beynəlxalq Muğam Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçdi

Beynəlxalq Muğam Mərkəzində IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Son.az xəbər verir ki, noyabrın 17-də IX "START" Beynəlxalq Qısa Filmlər Festivalı sona çatdı.

Festival Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına dair tədbirlər çərçivəsində keçirilmişdi.  

Festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, "SİNEMA" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı, Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi və "CinemaPlus" kinoteatrlar şəbəkəsinin dəstəyi ilə həyata keçirilmişdi. 

Mərasimdə çıxış edən festivalın direktoru Fehruz Şamıyev qeyd etdi ki, festival gənc rejissorların qısametrajlı filmlərinin (35 dəqiqəyə qədər) müsabiqəsini və nümayişini nəzərdə tutmuşdu. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunmuşdu. Təşkilat Komitəsinin təyin etdiyi seçim komissiyasının qərarına əsasən, Beynəlxalq və Yerli müsabiqələrdə "Qızıl nar" mükafatı uğrunda 30 ölkədən 100 film mübarizə aparmışdı. Onlardan Beynəlxalq müsabiqənin proqramına 72 film, Yerli müsabiqə bölməsinə isə 28 film daxil edilmişdi. 

Qalibləri - Beynəlxalq müsabiqədə Ayaz Salayev (Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) tərkibində;  -Yerli müsabiqədə isə Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün (hamı Azərbaycan) daxil olduğu münsiflər heyətləri seçirdilər. 


Xəbərə aid fotolar