“Qaz balonu ilə üstümə hücum etdi”


Şou-biznes 19 Noy 2018 14:22:00 324 0

“Qaz balonu ilə üstümə hücum etdi”

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı prodüser və telejurnalist Sayqa Cahid olub. Son.az bildirir ki, prodüser ölümlə üz-üzə qaldığı andan söhbət açıb: "Biri 4 il bundan öncə mənim efirdə dediyim sözü həzm edə bilməmişdi. Bir az dolaşıq məsələ idi. Hazırda həmin adam içəridədir. Blokda mənim üzərimə qaz balonu ilə hücum etmişdilər. Mənə hücum edən taksi sürücüsü idi. Kişi tərəfindən təşkil edilmişdi. Bloka girdim. Kiminsə nəfəsini hiss etdim. Addımı içəri yox, bayıra qoymaq istəyəndə bir nəfər hündür oğlan qaz balonu ilə üstümə gəldi. Boğazımdan tutdu. Mən qışqırdım və sonra qonşulardan biri qışqıranda, o qaçdı. Təsadüfən oradan polis maşını keçirdi. 7 dəqiqə keçmədi ki, tutuldu".      

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto