Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb


Digərləri 19 Noy 2018 13:47:35 279 0

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

2018-ci il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8 milyard 199,1 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2018-ci il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8 milyard 199,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,8 faiz artıb.