Bakıda zəncirvari qəza törətmiş avtobus sürücüsü xəstəxanda öldü


Digərləri 19 Noy 2018 13:33:00 257 0

Bakıda zəncirvari qəza törətmiş avtobus sürücüsü xəstəxanda öldü

Bakıda marşrut avtobusu qəza törədib.   

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də, saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi "Daewoo" markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobili vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.