Bakıda qadını kirayə yaşadığı mənzildə öldürən şəxs saxlanıldı


Digərləri 19 Noy 2018 13:30:00 230 0

Bakıda qadını kirayə yaşadığı mənzildə öldürən şəxs saxlanıldı

Bakıda qadını kirayə yaşadığı mənzildə qətlə yetirən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.