78 dövlət əmlakı hərracda - Otel, tikiş fabriki və sağlamlıq mərkəzi... (FOTO)


Digərləri 19 Noy 2018 13:24:00 238 0

78 dövlət əmlakı hərracda - Otel, tikiş fabriki və sağlamlıq mərkəzi... (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9 min 297 kv.m arasındadır. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki bu növ əmlakın ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət obyektinin torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılması sahibi üçün əlavə imkanlar yaradır. İnvestor bu yeməkxananın fəaliyyətini bərpa edərək və ya başqa sahə üzrə yenidən quraraq yüksək gəlir qazana bilər. Bu kateqoriyadan olan əmlaklara Ucarda tikiş fabriki, Balakəndə otel, Buzovnada sağlamlıq mərkəzi kimi müəssislər də aiddir.